Sabirabadda yük maşınının vurduğu piyada ölüb

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan piyada ölüb.

QİA.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, hadisə Şirvan-Sabirabad avtomobil yolunun Qaratuğay kəndi ərazisində qeydə alınıb. Həsənov Zaur Yaşar oğlu idarə etdiyi “Mercedes Atego” markalı yük maşını ilə hərəkətdə olarkən, yolu keçən piyada Hüseynəliyev Yusif Oruc oğlunu vurub. Hadisə nəticəsində ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər