Sabunçu rayonu

Dek26,2020
Sabunçu rayonu

Sabunçu rayonu — Bakıda rayon.

Tarixi

29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır.

Mədəniyyəti

Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır.

Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir.

Əhalisi

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır.

Etnik tərkib

Etnik
qrup
13-22 aprel, 2009-cu il sa.
Sayı%
cəmi220 496100%
azərbaycanlı203 43092.26%
rus9 9874.53%
tatar2 6111.18%
ləzgi2 3771.08%
ukraynalı1 1390.52%
yəhudi2760.13%
digər6760.31%

İqtisadiyyatı

Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.

40°25′59″ şm. e. 49°57′00″ ş. u.
Ölkə Azərbaycan
İcra başçısıAdil Vəliyev
Tarixi və coğrafiyası
Sahəsi244.3  km²
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi244 600 (2019) nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 12
Poçt indeksiAZ1000

Oxşar Xəbərlər