Sabunçu rayonunda gənc qadın yol qəzasında xəsarət aldı

Apr1,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QİA.AZ-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Alışanova Sevda Qurban qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sağ çiynin əziyi diaqnozu qoyulub.

Oxşar Xəbərlər