Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Sələsüz kəndində həyətyanı və bələdiyyəyə məxsus quru otlaq sahədə, Şada kəndində isə məişət tullantıları poliqonunda yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatlarla əlaqədar Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Yanğınlar söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.