Şahdağ Turizm Mərkəzinin rəhbəri yenidən azərbaycanlı olub

Apr30,2021 #Şahdağ

Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

“QİA.az” xəbər verir ki, bu, Səid Salayevdir. O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və Şahdağ Turizm Mərkəzinin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.

Xatırladaq ki, Şahdağ Turizm Mərkəzi 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Oxşar Xəbərlər