Sahibə Qafarova: “Multikulturalizm xalqımızın həyat tərzidir”

“Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür”.

QİA.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin spikeri Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxışı zamanı deyib.

“Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir”, – spiker əlavə edib.

Sahibə Qafarova xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahib olduğumuzu bildirib:

“Bu gün burada toplanaraq mövcud müzakirələrə töhfə verməyə çalışırıq”.

Nəzrin Vahid

Oxşar Xəbərlər