Sahibkarlar üçün onlayn seminar keçirilib- FOTO

Fev13,2021

Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən QİA.AZ-a verilən məlumata görə,  seminarın açılışında çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə Dövlət Gömrük Komitəsi arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində  kifayət qədər məhsuldar görüşlərin keçirildiyini, səmərəli müzakirələr aparıldığını bildirib.  ASK-nın vitse-prezidenti pandemiya dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.

   Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. İslahatların uğurla reallaşdırılması məqsədilə  Dövlət Gömrük Komitəsi tərəfindən ticarətin asanlaşdırılması, gömrük-biznes  münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atıldığını qeyd edən baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.

   Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış ediblər.

   Onlayn seminarda sahibkarlıq subtektlərinin 60-dan çox nümayəndəsi  iştirak edib.

Oxşar Xəbərlər