İdman

Şahmat üzrə Avropa çempionatı: Rauf Məmmədov liderliyə yüksəlib

Movavi

Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib.

QİA.AZ xəbər verir ki, qitə birinciliyində Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Rəqibi fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.

Digər şahmatçılarımız – Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.

Qeyd edək ki, 6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button