Sakinlər 4 ildir evlərinin hazır olmasını gözləyir – “Şans” MTK-dan narazılıq -VİDEO

Nərimanov rayonu, Əliəşrəf Əliyev küçəsinin sakinləri “Şans”MTK-dan və onun sahibi Məhərrəm Məmmədovdan şikayətçidirlər.

“QİA.AZ” xəbər verir ki, Bakının Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 92/108 ünvanında pilot layihə olaraq sökülən 15 həyət evinin sakinləri, evlərinin yerində tikilən hündürmərtəbəli binanın sahiblərindən şikayətçidir. Sakinlər deyir ki, evlərinin sökülməsinə o şərtlə icazə veriblər ki, yeni binada onlara mənzil verilsin.
Binanı tikən şirkət ailələrə bu dörd ildə kirayə haqlarını vaxtlı-vaxtında verir. Sakinlərin əksəriyyətinin kirayə haqları ilə bağlı narazılığı olmasa da, artıq başqa evdə qalmaq istəmir, öz mənzillərinə köçmək istəyirlər. Elələri də var ki, verilən kirayə haqqının onlara kifayət etmədiyini deyir.

ATV-nin çəkiliş qrupu sözügedən ünvanda olub. Çəkiliş aparılan zaman binada hansısa təmir işlərinin getmədiyinin şahidi olan qrup sakinlərlə birlikdə tikinti şirkətinə yol alıb. Şirkətin təsisçisi Məhərrəm Məhərrəmov ofisdə olmadığından problemin həllini telefon vasitəsilə izah etməyə çalışıb.

Daha ətraflı məlumat üçün aşağıdakı video-materialı izləyə bilərsiniz:

QİA.AZ

Oxşar Xəbərlər