Salome Zurabişvili: “Gürcüstan, Azərbaycan və Ermənistan yeni əməkdaşlıq fəslinə başlayır”

Noy10,2020

“Qafqazda yeni era başlayır”.

“QİA.AZ” xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” hesabında yazıb.

Dövlət başçısı faciəvi müharibənin başa çatması münasibətilə Azərbaycan, Ermənistanı və bütün vasitəçiləri təbrik edib.

S.Zurabişvili həlak olanların ailələrinə başsağlığı verib.

Prezident sülh və sabitliyə alternativin olmadığını qeyd edib: “Biz – Gürcüstan, Azərbaycan və Ermənistan birlikdə yeni əməkdaşlıq fəslinə başlayırıq”.

Oxşar Xəbərlər