Salyanda 100 yaşlı ağac aşıb

Mar1,2021
100 yaşlı aöac

Salyan rayonunda bir əsrlik ağac aşıb.

“QİA.AZ” xəbər verir ki, bu gün səhər saatlarında şəhərin mərkəzində uzunluğu 15 metrdən çox, diametri 80 santimetrə çatan Keçibuynuzu ağacı kökündən qopub. Ağac yaxınlıqdakı keçmiş AG bank binasının üstünə aşıb. Binanın dam örtüyü zədələninb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda bank binasının üzərinə yıxılmış ağacın ərazidən götürülməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, el arasında “bal ağacı” adlanan Keçibuynuzu ağacı qurunt sularının qarşısını almaq məqsədi ilə ötən əsrin əvvəlində Amerikanın Kaliforniya ştatından Salyana gətirilərək şəhərin küçələrində əkilib.

Oxşar Xəbərlər