Samir Abasov “Barselona”nın baş məşqçisi Xavi ilə görüşəcək – FOTO

Apr24,2024

İspaniyada səfərdə olan “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun “Barselona”nın “sükanı arxasında” olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

QİA.az “Report”-a istinadla xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin hazırda sözügedən ölkədə təcrübədə olduğu bildirilib. Bir neçə gün öncə Madridə yollanan Abasov əvvəlcə burada “Real” və “Barselona” komandaları arasındakı oyunu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. “Barselona” klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu klubumuzun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

Oxşar Xəbərlər