Samir Şərifov: “Azərbaycan Tbilisidə iqlimlə bağlı mövqelərin əlaqələndirilməsi istiqamətində baxışını təqdim edəcək”

May2,2024

Bu il COP29-a ev sahibliyi edən Azərbaycan Asiya İnkişaf Bankının (ADB) illik iclasında iştirakçılara iqlim sazişləri tərəflərinin mövqelərinin bir araya gətirilməsindəki rolu, həmçinin bu müqavilələr imzalanarkən qarşıya qoyulmuş prinsip və məqsədlərin həyata keçirilməsini təmin etmək üçün addımlara dair baxışını təqdim etməyi planlaşdırır.

QİA.az “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bu il prioritetlərdən biri də Azərbaycanı COP29-a ev sahibliyi edən ölkə kimi təmsil etməkdir. Buna görə də Asiyada “yaşıl gələcəy”in inkişafı ilə bağlı bir sıra panel müzakirələrində iştirak edəcəyik”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, Azərbaycanın ADB-nin illik toplantısında iştirakı ənənəvi xarakter daşıyır:

“Amma ənənəvi olaraq, bu, təkcə iclası deyil, həm də müxtəlif seminarlar, konfranslar, müzakirələri əhatə edir. Onların gedişində iqtisadi əməkdaşlıq məsələləri üzrə kifayət qədər səmərəli fikir mübadiləsi aparılır”.

Oxşar Xəbərlər