Samir Şərifov: “Hərbçilərə mənzil verilməsinə bu il 35 mln manat ayrılıb”

“Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb”.

“QİA.AZ” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Bundan başqa, onun sözlərinə görə, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə həyata keçirilməsini nəzərə almaqla dövlət tərəfindən həmin şirkətlərə müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur.

Oxşar Xəbərlər