Azərbaycan Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinin uğurla həyata keçirilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı (ADB) və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.
QİA.az “Report“a istinadla xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” panel müzakirəsi zamanı deyib.
“Azərbaycan bu layihənin bir hissəsidir. Xəzər dənizi bərpa olunan mənbələr baxımından böyük enerji potensialına malikdir”, – o vurğulayıb.