Samuxda 18 yaşlı oğlanı ildırım vurub

May17,2021

Samux rayonunda gənc oğlanı ildırım vuraraq öldürüb.

Hadisə Hacıalılı kəndində baş verib. Mal-qara otaran 2003-cü il təvəllüdlü Sənan Həsənovu ildırım vurub. O, yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bölgədə hava yağıntılıdır və güclü ildırım çaxır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər