Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb

Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

QİA.AZ xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Müraciətdə deyilir: “Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci kilometrliyindən 23.5-ci kilometrədək olan yol sahəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə Dövlət Yol Polisinin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı kilometrliyində körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur”.

Oxşar Xəbərlər