Fransanın sabiq prezidenti Şarl de Qollun nəvəsi Pyer de Qoll “Telegram”ın həmtəsisçisi Pavel Durovun Parisdə saxlanılmasını informasiya müharibəsi aktı adlandırıb.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə o, TASS-da keçirdiyi mətbuat konfransında bildirib.
“Son hadisələr bizim informasiya müharibəsi ilə nə dərəcədə qarşı-qarşıya olduğumuzu göstərir. Cənab Durovun hansı şəraitdə həbs edildiyi bəlli deyil, lakin bu həbsin məqsədi bir milyarda yaxın istifadəçisi olan alternativ informasiya orqanını boğmaqdır”, – Pyer de Qoll vurğulayıb.