Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz Avropa İttfaqının (Aİ) marağındadır.
Bunu özünün “Twitter” səhifəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel yazıb.
Ş.Mişel bildirib: “Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.
Bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsi olan təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz Avropa İttifaqının marağındadır”.