“Saudi Aramco” Azərbaycan bazarını tərk edir

May31,2021

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Azərbaycandakı törəməsi – “Aramco Overseas Company Azərbaycan” MMC ləğv olunduğunu elan edib.
“QİA.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanına (“Hyatt Tower” iş mərkəzi) bildirə bilərlər.
Xatırladaq ki, “Aramco Overseas Company Azərbaycan” 2018-ci ildə, 10 min avro nizamnamə kapitalı ilə yaradılıb.

Oxşar Xəbərlər