Sautqeyt Avro-2024-ün final qarşılaşmasındakı nəticədən asılı olmayaq postunda qalacaq

İngiltərə Futbol Assosiasiyası Qaret Sautqeyti Avro-2024-ün final qarşılaşmasında nəticədən asılı olmayaraq postunda saxlamaq istəyir. 

QİA.az xəbər verir ki, bunu məşhur jurnalist Fabrisio Romano X hesabında yazıb. O, bildirib ki, tərəflər artıq ilkin danışıqlar da aparıblar.

Qeyd edək ki, Avro-2024-ün final qarşılaşması iyulun 14-də saat 23:00-də İngiltərə ilə İspaniya kollektivləri arasında keçiriləcək.

Xatırladaq ki, Sautqeyt İngiltərə yığmasının baş məşqçisi postuna 2026-cı ilin sentyabrında təyin edilib. 

Oxşar Xəbərlər