Serbiya parlamenti fövqəladə vəziyyətin müddətini uzatdı

Yan13,2021

Serbiya parlamenti yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini fevral ayının 8-nə qədər uzadılması barədə qərar qəbul edib.Bu barədə “QİA.AZ” parlamentin mətbuat xidmətinə istinadən xəbər verir.Qeyd olunub ki, iclasda iştirak edən deputatların 83-ü fövqəladə rejimin uzadılmasının lehinə, 25 millət vəkili isə əleyhinə səs verib.

Serbiyada epidemioloji vəziyyət son günlər pisləşib və ölkədə koronavirusun Böyük Britaniya ştamı aşkar edilib.

Oxşar Xəbərlər