Serbiyada silah fabrikində yenidən yanğın olub

Serbiyanın qərbində yerləşən Çaçak şəhərində silah fabrikində iyunun 7-də səhər saatlarında yenidən yanğın baş verib.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə “Sloboda” müdafiə sənayesi müəssisəsində qeydə alınıb.

Qeyd edək ki, həmin müəssisədə daha əvvəl – iyunun 4-də də bir neçə partlayış və ardınca yanğın baş verib. Müdafiə naziri Neboyşa Stefanoviç bu müəssisənin 2021-ci ildə silah satışı üzrə xariclə 50 milyon avroluq müqavilə imzaladığını bildirib.

İyunun 4-də müəsissənin anbarında baş vermiş yanğını 3 hərbi helikopter 50 saata 110 ton su ilə söndürmüşdü.

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, yanğın nəticəsində dəyən ziyanın məbləği 1,5-2 milyon avro miqdarındadır.

Oxşar Xəbərlər