Serbiyada dördü uşaq olmaqla altı nəfər elektrik skuterinin alışması nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Faciə Novi-Sad şəhərində baş verib.
“Bu səhər Corc Dere küçəsindəki evdə baş verən yanğında dörd uşaq daxil olmaqla altı nəfər ölüb”, – deyə daxili işlər naziri İvitsa Daçiç bildirib.
Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün detallarının müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər.