Serbiyalı futbolçu: “Sumqayıt”la ilk oyunda çox şey həll edilə bilər”

İyl20,2021

“Artıq “Sumqayıt”ın üstün və çatışmayan cəhətləri haqqında məlumat toplamışıq. Təbii ki, Avropada asan rəqib yoxdur. Lakin ilk qarşılaşmada çox şey həll ola bilər”.

QİA.AZın məlumatına görə, bu fikirləri Serbiyanın “Çukariçki” klubunun futbolçusu Srcan Miyailoviç “Sumqayıt”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı serbiyalı yarımmüdafiəçi Belqraddakı qarşılaşmada azarkeş dəstəyinin onlara əlavə üstünlük verəcəyini söyləyib: “Bizim bütün diqqətimiz “Sumqayıt”la oyunlaradır. III təsnifat mərhələsi haqqında isə qətiliklə düşünmürük”.

Qeyd edək ki, iyulun 21-də Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu cütün qalibi növbəti raundda “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Oxşar Xəbərlər