“Şerif”in futbolçusu: Yaxşı rəqibə qarşı oynayacağıq

“Bir həftədir oyuna ciddi şəkildə hazırlaşırıq”.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Şerif”in futbolçusu Peter Ademo UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaması çərçivəsində sabah “Zirə” komandası ilə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, ilk matçda etdikləri səhvləri təkrarlamaq istəmədiklərini bildirib: “Yaxşı rəqibə qarşı oynayacağıq. Biz də yeni qurulmuş kollektivik. Artıq bir aydır birlikdə çalışırıq. Bir-birimiz tanıyırıq”.

Qeyd edək ki, iyulun 18-də “Dalğa Arena”da keçiriləcək “Zirə”-“Şerif” matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.

Oxşar Xəbərlər