“Sevilya” baş məşqçisi ilə yolları ayırdı

“Sevilya” klubu 59 yaşlı baş məşqçi ilə yolları ayırmaq qərarına gəlib.

Məlumata görə, baş məşqçinin müqavilə müddəti 2025-ci ilədək olsa da, komanda çalışdırıcı ilə yola davam etmək istəməyib.

Quiki Flores “Sevilya” klubunun baş məşqçisi olaraq çıxdığı 23 matçın 10-dan qalib, doqquzundan isə məğlub olaraq ayrılıb. Komanda bu müddət ərzində dörd dəfə heç-heçə edib.

Qeyd edək ki, “Sevilya” klubu yeni mövsümdən etibarən komandanı çalışdıracaq yeni baş məşqçi axtarışlarına başlayıb.

Oxşar Xəbərlər