İspaniyanın “Sevilya” klubunun futbolçusu Lukas Okampos Meksika çempionatında çıxış edəcək.
QİA.az xəbər verir ki ,bu barədə “Report” andalusiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı vinqer adıçəkilən ölkənin “Monterrey” komandasına transfer olunub.
30 yaşlı argentinalı oyunçu 2027-ci ilə qədər bu klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, 2019-cu ildən “Sevilya”da çıxış edən Okampos iki dəfə Avropa Liqasının qalibi olub.