Ermənistanda bir sıra keçmiş məmurlar “Dzora” Su Elektrik Stansiyasının özəlləşdirilməsi prosesində vəzifələrindən sui-istifadə faktı üzrə ittiham olunur.
QİA.AZ “Sputnik Armenia” saytın istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onların arasında keçmiş müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyan və Vatikandakı keçmiş səfir, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan da var.
Cinayət işi üzrə ibtidai istintaq artıq başa çatıb.
İstintaq materiallarına görə, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyan tərəfindən imzalanan məxfi əmrlə qanunsuz olaraq 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində səhmləri olan “Dzora” Su Elektrik Stansiyasının bir bloku – “Dzoraget Hydro’ MMC üçün nəzərdə tutulmuş 3 milyard 600 milyon dram (7 milyon dollar) mənimsənilib.
Üstəlik, enerji və təbii sərvətlər naziri Armen Movsesyanın təklifi ilə ölkədə hidroelektrik enerjisinin inkişafını təşviq etmək bəhanəsi ilə, guya “Dzoraget Hydro” MMC-yə fayda yaratmaq üçün Nazaryan və komissiya üzvləri hökumətin qərarını yekdilliklə təsdiqləyibilər.
Armen Movsesyanın ölümü nəzərə alınaraq, ona qarşı ittihamlar ləğv edilib, lakin Nazaryan və komissiyanın digər üzvləri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.
Cinayət işi üzrə istintaq materialları Baş Prokurorluğa göndərilib.
Vatikandakı Keçmiş səfir Mikael Minasyana gəlincə, ibtidai istintaq davam edir. O, vəzifəsindən sui-istifadə, korrupsiya, çirkli pulların yuyulması və gəlir vergisi bəyannaməsində yalan məlumatlar verməkdə günahlandırılır.