İtaliyanın Siciliya muxtar vilayətində Etna vulkanının püskürməsi qeydə alınıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə “ANSA” agentliyi xəbər verib.
Məlumata əsasən, cənub-şərq yamacındakı kraterdən püskürmə vulkanik kül və lava axını ilə müşayiət olunub.
Vulkanik aktivliyin artması ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16: 10-da qeydə alınıb.