Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Sidney şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib. Xocalı soyqırımına dair həqiqətləri əks etdirən led ekranlı avtomobil Sidney şəhərinin mərkəzi küçələrində hərəkət edib. Ekranda “Xocalıya ədalət!”, “Biz xatırlayırıq!” şüarları əks olunub, fotoşəkillər “Xocalı soyqırımı. 26 fevral 1992”, “Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi”, “63 uşaq öldürülüb, 76 uşaq əlil olub”, “25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib”, “Erməni yazıçısı David Xerdiyan Xocalıdakı qəddarlığı etiraf edib” və s. məlumatlarla müşayiət olunub.
Aksiya insanların sıx hərəkət etdiyi küçə və meydanları əhatə edib.