Sığortaçılar 74 Vətən Müharibəsi iştirakçısının ipoteka kreditini bağlayıb

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə ölkə vətəndaşlarına verilən ipoteka kreditləri üzrə həyatın və əmək qabiliyyətinin itirilməsi halı ilə bağlı son 5 ildə ümumilikdə 228 sığorta hadisəsi baş verib.

Bu barədə QİA.AZa Fonddan bildirilib.

Məlumata görə, həmin sığorta hadisələri ilə bağlı borcalanların 7 028,8 min manat məbləğində kredit öhdəliyini İKZF-nin müvəkkil sığorta şirkətləri tam bağlayıb.

O cümlədən ipoteka krediti ilə mənzil əldə etmiş və Vətən müharibəsində şəhidlik zivəsinə ucalmış, eləcə də sağlamlığını itirmiş 74 vətəndaşın 3,4 milyon manat məbləğində kredit borcu ödənilib.

Oxşar Xəbərlər