Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı Təmsilçisi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub

Avq9,2021

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı Təmsilçisi Mustafa Kamal Bəyazbayramla görüşüb.

QİA.AZ xəbər verir ki, daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə qardaş ölkələrimiz arasındakı münasibətlərin, eləcə də Naxçıvan Muxtar Respublikası ilə turizm, təhsil və s. sahələrdə əlaqələrin inkişafı, regional vəziyyət, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

Oxşar Xəbərlər