Şirvanda yaşayış binasının qarşısında ana və övladın cəsədləri tapılıb.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının önündə qeydə alınıb. Sabirabad rayon sakini Aygün Kərimova və azyaşlı qız övladı həyətdə ölü olaraq aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, cəsədlər müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.