Şirvanda qəza: Ölən var

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QİA.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Fərid Asif oğlu Həzrətquliyevi yaxınlıqdakı divara sıxaraq öldürüb.

Həyatını itirən F.Həzrətquliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər