Şirvanda kişi meyiti tapılıb.
“QİA.AZ”ın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yanmış kişi meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və əraziyə baxış keçirilib.
Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətinin araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.