Şirvanda yanmış kişi meyiti aşkar edilib

Şirvanda kişi meyiti tapılıb.

“QİA.AZ”ın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yanmış kişi meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və əraziyə baxış keçirilib.

Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətinin araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər