“Sivasspor” klubu Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”a qarşı matçdan əvvəl Azərbaycana dəstək olub.
QİA.AZ xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi “Yeni Sivas 4 Eylül” stadionunda Azərbaycan və Türkiyə bayraqları asılıb.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.