Futbol üzrə Slovakiya yığmasının UEFA Millətlər Liqasında Estoniya və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 27 futbolçu dəvət olunub.
Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrix Ravas;
Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qember, Denis Vavro, Milan Şkrinyar, Lübomir Şatka, Adam Obert, David Hantsko, Samuel Kozlovski;
Yarımmüdafiəçilər: Matuş Bero, Yuray Kuçka, Tomas Riqo, Stanislav Lobotka, Ondrey Duda, Peter Pokorni, Laslo Beneş
Hücumçular: David Yuriş, Tomas Suslov, İvan Şranz, David Ştrelets, Robert Bojenik, Leo Sauer, Lukas Haraşlin.
Qeyd edək ki, sentyabrın 5-də Estoniya seçməsinin qonağı olacaq Slovakiya yığması 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.