Slovakiyada qasırğa evləri dağıdıb, ağacları aşırıb

Avq6,2021

Slovakiyanın Preşovsk diyarının bir neçə şəhərində dağıdıcı qasırğa olub.

“QİA.AZ” xəbər verir ki, məlumatı “5 Kanal” yayıb.

Bildirilib ki, qasırğa nəticəsində dam örtükləri qopub, evlər dağılıb, ağaclar aşıb.

Məlumata görə, küləyin elektrik xətlərini qırması nəticəsində bir neçə şəhərin əhalisi işıqsız qalıb. Avtomobil yollarını aşan ağaclar, damların örtüyü və dağılan evlərin töküntüləri bağlayıb.

Bildirilib ki, vaxtında xəbərdar edildiklərindən əhali fəlakət baş verən əraziləri tərk edib.

Oxşar Xəbərlər