Sloveniyalı futbolçu: “Azərbaycanla matçda qələbə qazanmaq istəyirik”

Noy11,2020
Sloveniyalı futbolçu: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

“Uzun müddətdən sonra yenidən milli komandada olmaq çox xoşdur. Üç qarşılaşma olacaq və bu gün onlardan ilkini gerçəkləşdirəcəyik”.

“QİA.AZ” “Snportal.si” saytına istinadən xəbər verir ki, bu fikirləri Sloveniya yığmasının futbolçusu Tim Matavj bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klubunda çıxış edən 31 yaşlı hücumçu qarşıdakı matçlara yaxşı hazırlaşdıqlarını bildirib.

Matavj Azərbaycanla görüşdə qələbə qazanmaq istədiklərini söyləyib. “Yaxşı formadayam, oynayır, qol vururam. Fürsət verilsə, istifadə etmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, bu gün Lyublyana şəhərindəki“Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oxşar Xəbərlər