“Smart Youth News” sosial media layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Smart Youth News” sosial media layihəsinə start verilib.

Layihə çərçivəsində süni intellekt texnologiyası əsasında yaradılmış xəbər aparıcısı “Aisun” gənclər təşkilatları və yerli qurumların həyata keçirdiyi layihələr, tədbirlər, xaricdə təhsil və təcrübə proqramları, eləcə də beynəlxalq imkanlar barədə məlumatları toplayaraq onları vahid platforma üzərindən gənclərə təqdim edir.

Əsas məqsəd süni intellekt əsaslı xəbər aparıcısı vasitəsi ilə gənclərə onlar üçün faydalı olacaq etibarlı, operativ və əlçatan məlumatlar təqdim edən innovativ xəbər mənbəyi formalaşdırmaqdır. 

Qeyd edək ki, layihə Instagram və Tiktok platformaları üzərindən həyata keçirilir və süni intellektin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, gənclərin rəqəmsal savadlılığını artırmağı hədəfləyir.

Oxşar Xəbərlər