“Hazırda məktəblərdə koronavirusla bağlı durum sabitdir. İndiki vəziyyət fevralın 15-i üçün verilən qərara təsir etməyəcək”.
“QİA.AZ” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, epidemioloji vəziyyət dəyişərsə bunun nəticələri fevralın 24-də məlum olacaq.