“Son 7 ildir Azərbaycanda, xüsusilə də regionlarda su ehtiyatları azalmaya doğru gedir və bu, quraqlığın nəticəsidir”.
“QİA.AZ” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Eskpert saatı”nda deyib.
Onun sözlərinə görə, quraqlıq nəticəsində buxarlanmalar çoxalır və suda olan itkilər çoxalmağa başlayır.
Şöbə müdiri bildirib ki, su ehtiyatlarından qənaətlə istifadəsinə yönəlik addımlar atılır: “Ölkədə yeraltı və yerüstü sular qorunur və onların uçotu aparılır”.