SOCAR-ın Ukraynada aviasiya yanacağı tədarükünün həcmi açıqlanıb

İyn5,2021

2021-ci ilin mayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi Litvadan 0,5 min ton aviasiya yanacağı tədarük edib.

QİA.AZ bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü ötən ilin mayı ilə müqayisədə 62 faiz artaraq 3,1 min tona çatıb. Bunun 0,5 min tonu “SOCAR Ukraine” üçün tədarük edilib.

Bundan başqa, may ayında Belarusdan Ukraynaya 2,2 min ton aviasiya yanacağı tədarük olunub və bütün ehtiyatları “SOCAR Energy Ukraine” əldə edib.

Yanvar-may aylarında Ukrayna 32,4 min ton aviasiya yanacağı tədarük edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz azdır.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir.

Oxşar Xəbərlər