“SOCAR Türkiyə” investisiya planlarını açıqlayıb

Noy30,2021

“SOCAR Türkiyə”nin iqtisadi mövqeyi güclüdür. Bizə həm Azərbaycan, həm də Türkiyə hökuməti dəstək göstərir.

Bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Z.Qəhrəmanov bildirib ki, “SOCAR Türkiyə” şirkəti Türkiyədə sənaye bölgəsi statusu alan ilk şirkətdir:

“Həm Azərbaycan, həm də Türkiyə dövlətinə göstərdikləri dəstəyə görə təşəkkür edirik”, – Z.Qəhrəmanov deyib.

O qeyd edib ki, şirkət fəaliyyətini gücləndirmək niyyətindədir: “Bəzi investisiya yatırımlarını planlaşdırırıq. BP ilə birgə neft-kimya sahəsində fəaliyyətimizi genişləndirmək niyyətimiz var. Ancaq biz bu investisiyanı doğru zamanda etməliyik”, – baş direktor bildirib.

O qeyd edib ki, pandemiya səbəbindən illik planlaşdırma aparmaq mümkün deyil: “Artıq həftəlik planlaşdırma aparırıq. Pandemiya ilə bağlı vəziyyətin necə olacağını söyləmək çətindir”, – Z.Qəhrəmanov əlavə edib.

Oxşar Xəbərlər