“SOCAR Ukraine” qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir

Apr21,2021

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi “SOCAR Ukraine” şirkəti qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir.

QİA.AZ-ın məlumatına görə, tender “Odessa liman zavodu” səhmdar cəmiyyəti tərəfindən keçirilir.

Qeyd olunur ki, zavod aprelin 19-dan etibarən xammal tədarükünün həyata keçirilməsi üçün tender elan edib.

Tenderdə “Naftoqaz Treydinq” qaz-təchizat şirkəti, “AqroQaz Treydinq” MMC, “NİKA-Aqrotreyd”, “SOCAR Ukraine” və digər şirkətlər iştirak edir.

Oxşar Xəbərlər