SOCAR Ukraynaya 10 min tondan çox “Rosneft” istehsalı olan dizel yanacağı idxal edib

İyn7,2021

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) may ayında Ukraynaya “Rosneft” istehsalı olan 10,2 min ton dizel yanacağı idxal edib.

QİA.AZ bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, 2021-ci ilin mayında Ukraynaya dizel yanacağı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azalaraq 475,2 min tona bərabər olub.

Hesabat dövründə Rusiyadan Ukraynaya dizel yanacağı idxalı 2,3 dəfə azalaraq 115 min ton təşkil edib. Bunun 103,8 min ton dəmir yolu vasitəsilə, 10,2 ton Qomel terminalı vasitəsilə “Socar New Energy” tərəfindən yola salınıb

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini 2009-cu ilin dekabrında yaradılmış “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir.

Oxşar Xəbərlər