Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır.

QİA.AZ xəbər verir ki, bunu Trend.az-a Türkiyə Prezident Administrasiyasından deyiblər.

“Cənubi Qafqazda sabitlik təkcə Türkiyənin deyil, regionun bütün ölkələrinin marağındadır. Cənubi Qafqazda sülh regionun iqtisadi inkişafına, eləcə də kommunikasiyaların açılmasına xidmət edəcək. Türkiyə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü yüksək qiymətləndirir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır”, – deyə administrasiyadan bildiriblər.

Qeyd edək ki, noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.

Oxşar Xəbərlər