Şolts iki günlük özünütəcriddən sonra koronavirus testindən keçdi

Almaniya kansleri Olaf Şoltsun koronavirusa qarşı son testi mənfi nəticə verib.

Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.

“Mən indicə onun testinin mənfi olması barədə məlumat aldım”, – deyə o bildirib. Ş.Hebeştraytın sözlərinə görə, bir neçə gündür ki, kanslerdə virusla bağlı məlum olan kiçik simptomlar olub.

Qeyd edək ki, O.Şoltsun koronavirusa yoluxması faktı dekabrın 18-i bazar ertəsi məlum olub.

Mənbə: TASS

Oxşar Xəbərlər